Şrift:
Yeni qeydiyyat üsulu ilə 746 yerli investisiyalı MMC qeydiyyata alınıb
24.06.2021 [11:44] - Gündəm, İqtisadiyyat
Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata görə, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3 faiz çoxdur.

Sözügedən üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9 faiz təşkil edib.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed