Şrift:
Qranit Caka Fransa-İsveçrə matçının ən yaxşı futbolçusu seçilib
29.06.2021 [10:59] - Gündəm, İdman
"Avro-2020"nin səkkizdəbir final mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionunda keçirilən Fransa-İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

İsveçrə yığmasının kapitanı və "Arsenal"ın üzvü Qranit Caka görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Q.Caka Fransa millisi ilə matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Fransa millisini "Avro-2020"dən kənarlaşdıran İsveçrə millisi turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə İsveçrə millisi İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed