Şrift:
Həbsxananın "Ölüm bölməsində" saxlanılan milli fəal Əlirza Fərşinin həyatı təhlükədədir
29.06.2021 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əlirza Fərşi deyib ki, ​dərman qəbul etdikdən sonra onu titrəmə tutur. Normal qida qəbul etmədiyi halda bu durum davam edir.

Milli fəal bununla yanaşı sol qolunun keyidiyini və normal hərəkət etdirə bilmədiyini, bununla bağlı həbsxana məsullarına müraciətlərinin cavabsız qaldığını deyib.

Əlirza Fərşi hazırda diabet xəstəliyindən əziyyət çəkir. Milli fəalın görmə qabiliyyəti zəifləyib. Həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. O, normal qidalanma və müalicə imkanlarından məhrum vəziyyətdə saxlanılır.

Fərşi bildirib ki, onun saxlanıldığı bölmədə noyabr 2019 etirazlarında iştirak edən və onunda daxil olduğu 18 siyasi məhbusun siyahısı hazırlanıb. Onlar müəyyən hüquqlarına qadağa qoyulmuş məhbuslar kimi qeydə alınıblar.

Bu siyahıda adı olan məhbuslar həbsxananın ümumi imkanlarından məhrum edilmiş vəziyyətdə saxlanılırlar. Onlar buna etiraz etdikləri təqdirdə təhlükəli məhkumların kameralarına salınaraq incidilirlər.

Siyahıda adı olanlardan biri Hüseyn Haşimi bir müddət öncə məktub yazaraq həbsxanadakı hakim duruma etiraz etdiyi üçün təhlükəli məhkumların kamerasına salınaraq ölümcül şəkildə döyülüb və işgəncə edilib.

Əlirza Fərşi özünün və başqa siyasi məhbusların saxlanıldığı yeri "ölüm bölməsi" adlandırıb və orada yaşamağın mümkün olmadığını qeyd edib.

Siyasi məhbus bundan öncə mayın 27-də saxlanıldığı həbsxananın dözülməz durumu ilə bağlı geniş məktub yazaraq dostları vasitəsilə mətbuta ötürmüşdü.

Qeyd edək ki, hal-hazırda paytaxt həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehranda Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed