Şrift:
Fransadan gətirilən arpa sortlarında 50 sentnerədək məhsuldarlıq əldə olunub
01.07.2021 [11:15] - Gündəm, Sosial
Xaçmazda Fransadan gətirilərək əkilmiş arpa sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.

Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə hər hektara görə orta məhsuldarlıq 50 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Fransadan gətirilən buğda sortlarının (“Renan” və “Barok”) əkildiyi sahələrdə də yüksək məhsuldarlıq müşahidə olunur.

Yüksək məhsuldarlığına və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilib. 100 hektar sahədə yumşaq arpanın bir və buğdanın iki sortunun sınaq əkini həyata keçirilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan layihə uğurlu nəticələnib.

Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Ümumiyyətlə Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed