Şrift:
Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib
05.07.2021 [10:52] - Gündəm, Hərb
Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin Xoxon qəzası Taliban terrorçularının nəzarətinə keçib

Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Əfqanıstan ordusunun 94 hərbçisi həyatlarını xilas etmək üçün Tacikistan ərazisinə yaxınlaşıb və tacik sərhədçiləri onların “Şoxon” sərhəd zastavasından ölkə ərazisinə girməsinə icazə verib.

Tacikistan sərhədçilərinin nümayəndəsi yerli jurnalistlərə deyib ki, əfqan hərbçiləri ölkə ərazisinə buraxılmasaydı, onların hamısı Taliban terrorçuları tərəfindən öldürüləcəkdi. O bildirib ki, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olsa da, nəzarəti bir an da olsa əldən vermirik.
Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed