Şrift:
Bu gün Ağgöl və Şirvan Milli parklarının yaradılması günüdür
05.07.2021 [11:30] - Gündəm, Sosial
5 iyul - Ağgöl və Şirvan Milli parklarının yaradılması günüdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, hər iki milli park 2003-cü ildə su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

İyulun 5-də milli parklara səfər edən turistləri maraqlı tədbirlər gözləyir. Saat 12:00-dan Ağgöl Milli Parkını ziyarət edən turistlər göldə qayıqla səyahət, quşları və ceyranları müşahidə edə biləcəklər. Azyaşlı uşaqların açıq havada yaradılmış guşədə rəsm çəkmək imkanları olacaq.

Şirvan Milli Parkında saat 16:00-dan başlayan tədbirdə ceyranları müşahidə üçün safari tur, atla gəzinti təşkil ediləcək, həmçinin dulusçuluq əsərlərinin, yerli xalçaların nümayişi həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətsevərləri milli parkların yaranması günündə keçiriləcək tədbirlərə dəvət edir.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed