Şrift:
Yapon dənizi sahillərində güclü yağışlar gözlənilir
07.07.2021 [14:07] - Gündəm, Sosial
İyulun 7-də Yaponiya Meteorologiya Agentliyi Yapon dənizi sahillərində daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq yayıb.

Gün ərzində Yaponiyanın şərqindən qərbinə doğru güclü yağışlar gözlənilir.

Eyni zamanda, agentlik Simane və Tottori prefekturalarının sahillərində qasırğa təhlükəsi barədə də xəbərdarlıq yayıb.

Simane prefekturasının mərkəzi Matsue şəhərində Yu çayının səviyyəsi təhlükəli həddə çatıb, şəhərin rayonlarından birinin sakinlərinə təxliyə göstərişi göndərilib. Polisin məlumatına görə, şəhərin bir çox yerlərindən torpaq sürüşmələri və daşqınlar barədə məlumatlar daxil olmaqdadır.

İyulun 7-də Simane prefekturasının İzumo şəhərində bir saat ərzində 75 millimetr yağıntı düşüb.

Güclü yağışlar nəticəsində Yaponiyanın mərkəzində yerləşən Şizuoka prefekturasında, Sakit okean sahillərində bir neçə yerdə ötən həftənin sonlarında baş vermiş torpaq sürüşməsinə bənzər təbii fəlakət riski yaranıb.

Xatırladaq ki, həmin fəlakət nəticəsində Atami şəhərində yeddi nəfər həyatını itirib, 27 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed