Şrift:
Dünyada COVID-19-a yoluxma hallarının sayı bir həftə ərzində 3 faiz artıb
07.07.2021 [14:30] - Gündəm, Sosial
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən dünyada ötən həftə 2.68 milyondan çox koronavirusa yoluxma və 54 minə yaxın ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz artıb, ölüm nisbəti isə 7 faiz azalaraq keçən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

İyunun 26-dan iyulun 4-dək dünyada 2 688 651 yoluxma halı aşkar edilib və 53 958 ölüm halı qeydə alınıb. İyulun 4-nə olan məlumata görə ümumilikdə 183.198.019 yoluxma halı və 3.971.687 xəstələrin ölüm halı qeydə alınıb.

ÜST bir həftə ərzində ən çox yeni yoluxma hallarının Braziliyada olduğunu (364 709) bildirib. Ondan sonra Hindistan (312 250), Kolumbiya (204 556), İndoneziya (168 780) və Böyük Britaniya (161 805) yer alıblar. Ən yüksək yoluxma səviyyəsi Seyşel adaları (100 min əhaliyə 758 yeni yoluxma halı), Monqolustan (472), Kolumbiya (402), Namibiya (367) və Kiprdə (324) qeydə alınıb.

ÜST bülleteninə görə, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından bəri mütəxəssislər tərəfindən tanınan, yüksək dərəcədə yoluxucu olduğu ilə fərqlənən koronavirusun “delta” ştamının digər variantları tez bir zamanda üstələyəcəyi və yaxın aylarda üstünlük təşkil edəcəyi gözlənilir. Avropada “delta” variantının avqust ayının sonuna qədər yeni yoluxmaların 90 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed