Şrift:
Tehranın Yanğınsöndürmə Təşkilatı: “6 gündə elektrikin kəsilməsi nəticəsində paytaxtda 1600 lift qəzası baş verib”
09.07.2021 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O iyulun 8-də mediaya açıqlamasında deyib ki, eketrik enerjisi kəsintiləri zamanı çoxsaylı lift qəzalarının baş verməsi İran Yanğınsöndürmə Təşkilatı üçün tarixi günlər sayılır.


“Son altı gün ərzində elektrik enerjisinin kəsilməsi nəticəsində təkcə paytaxtda 1600-dən çox lift qəzası baş verib və çoxlu vətəndaşlar liftlərdə qalıb.


Misal üçün Azadlıq meydanının yaxınlığında yerləşən bir yanğınsöndürmə mərkəzi bir gün ərzində lift qəzaları ilə bağlı 30 əməliyyat keçirib, Tehranın şərqində yerləşən digər bir yanğınsöndürmə idarəsi isə 25-dən çox xilasetmə əməliyyatı keçirərək, liftdə ilişib qalmış vətəndaşlara yardım ediblər”, -deyə, Calal Məleki bildirib.


Sözçü, paytaxtda baş verən lift qəzalarında ölüm hallarının qeydə alınıb-alınmadığını açıqlamayıb.


Qeyd edək ki, son günlər Tehranda və İranın digər şəhərlərində gün ərzində bir neçə dəfə ard arda elektrik enerjisinin kəsilməsi ölkə vətəndaşlarının həyat və fəaliyyətini iflic vəziyyətə qoyaraq, hakimiyyətə qarşı kütləvi etirazların keçirilməsinə gətirib çıxarıb.


Yayılan məlumata görə, elektrik enerjisi kəsintiləri vətəndaşların elektriklə işləyən ev əşyalarının yanmasına səbəb olmaqla yanaşı, dövlət idarələrinin, banklar, kiçik sexlər, xəstəxanalar, çörək mağazaları, supermarketlər və sairə ticarət obyetlərinin işinə xələl gətirib, xəstəxanalarda ciddi həkim nəzarətində olan bir çox xəstələrin ölümünə gətirib çıxarıb.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed