Şrift:
Neft və Qaz İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
12.07.2021 [13:56] - Gündəm, Mədəniyyət
AMEA Neft və Qaz İnstitutu 2021-ci il üçün doktoranturaya və dissertanturaya 5 ixtisas üzrə qəbul elan edir.

İnstitutdan bildirilib ki, elmi müəssisə fəlsəfə doktoru hazırlığı üzrə neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə 2 yer, quyuların qazılması texnologiyası, neft və qaz yataqlarının işlənməsi və istismarı, dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası və geoekologiya ixtisaslarının hər biri üzrə 1 yer ayırıb.

Elmlər doktoru hazırlığı üzrə isə neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə 1 yer üzrə sənəd qəbul olunur.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər avqustun 20-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Neft və Qaz İnstitutunda qəbul edilir.

Əlaqə nömrəsi 012 493-67-51, ünvan Bakı şəhəri, F.Əmirov, 9
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed