Şrift:
BDU-da elmi seminar: Azərbaycan və Böyük Britaniya KİV-də
13.07.2021 [14:11] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Qarşılıqlı dövlətlərarası münasibətlər: Azərbaycan və Böyük Britaniya KİV-də” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan bildiriblər ki, seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Pərviz Məsməliyev mövzu ilə bağlı məruzə edib, Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışıb.

Doktorant müstəqillik illərində Azərbaycan və Böyük Britaniya arasında olan əməkdaşlıq məsələlərini iki ölkənin mətbuat orqanlarında dərc edilən materialları araşdırmaqla təhlil etdiyini vurğulayıb.

Fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, doktorantın elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri professor Həmid Vəliyev, kafedranın müəllimləri dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Sonra müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed