Şrift:
Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib
15.07.2021 [10:44] - Gündəm, Sosial
Pakistanın sabiq prezidenti Məmnun Hüseyn ötən gecə Kəraçidə müalicə olunduğu xəstəxanada vəfat edib.

Pakistan mətbuatına istinadla xəbər verir ki, Məmnun Hüseyn xərçəng xəstəliyindən əziyyət çəkib.

Azərbaycanın dostu olan sabiq prezident 1940-cı ildə Hindistanın Aqra şəhərində dünyaya gəlib, 1969-cu ildən siyasətlə məşğul olub, müxtəlif vəzifələrdə çalışıb.

Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın 12-ci Prezidenti olub.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed