Şrift:
Gədəbəydə gənclərə “Vikipediya” təlimləri keçirilir
22.07.2021 [11:39] - Gündəm, Mədəniyyət
Gədəbəydə gənclərə “Vikipediya” təlimləri keçirilir.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Gədəbəy Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi “Vikipediya” Azərbaycan bölməsinin təcrübəli istifadəçisi, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə tərəfindən aparılır.

“Könüllülər arasında təlimlərə maraq böyükdür. Təlimlər gənclərə “Vikipediya” haqqında ilkin anlayışları, redaktə etmək bacarığını öyrətməyi və “Vikipediya”ya marağın oyanmasını hədəfləyir. Artıq gənclər “Vikipediya”da müəyyən dəyişikliklər etməyi və məqalələr yaratmağı öyrəniblər. Təlimlər yekunlaşdıqdan sonra gənclər “Vikipediya”da tam olaraq işləyə biləcəklər. Sonda “Vikipediya”ya töhfə verən könüllülər klubunun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən fəxri diploma layiq görüləcək”, - deyə Elnur Eltürk qeyd edib.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed