Şrift:
Xuzistanda su üsyanının 7-ci günü: Etirazlara İsfahan da qoşuldu
22.07.2021 [12:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsfahan əhalisi isə küçələrə axışaraq Xuzistan etirazçılarına dəstək verib.

Ayrı-ayrı vətəndaşlar və hüquq müdafiəsi ilə məşğul olan siyasi-mədəni qruplar bununla bağlı sosial şəbəkələrdə foto və video materallar yayıblar.

Məlumata görə, dünən axşam saatlarında Xuzistanın bir neçə şəhərində, o cümlədən də Susəngerd, Behbəhan, İzə və Məscid Süleyman şəhərlərində etirazçılara küçə və meydanlara axışıb, İran hakimiyyətinin yerli ərəb sakinlərinin içməlu su tələbi ilə keçirdiyi aksiyalara zorakılıqla cavab verməsinə etiraz ediblər.


Bildirilir ki, Xuzistanın Susəngerd, Behbəhan, İzə və Məscid Süleyman şəhərlərində etirazçıları dağıtmaq üçün əyalətə digər bölgələrdən əlavə repressiv qüvvələr gətirilib, Xuzistanın əksər şəhərlərində isə internet kəsilib.


Yayılan məlumata əsasən, dünən axşam saatlarında İsahan şəhərinin Yəzdanşəhr məntəqəsinin sakinləri küçələrə çıxaraq, Xuzistan etirazçılarına dəstək nümayiş etdiriblər.


“Qardaşımı öldürəni öldürəcəyəm”, “İslam Respublikasına ölüm”, “Diktatora ölüm” və “İslam Respublikasını istəmirik” şüarları səsləndirən etirazçılar, havanın hərarəti 45 dərəcəyə çatdığı bir vaxtda molla rejiminin Xuzistan ərəblərini susuzluqda, yoxsulluqda və fəlakət içində saxlamasına etiraz bildiriblər.


Dünən keçirilən etirazlarda onlarla aksiyaçının rejim qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir.


Dünən həmçinin Tehran metrosunun dayanacaqlarından birində qatarın gəlişini gözləyən yüzlərlə sərnişin rejimin Xuzistanda törətdiyi cinayətlərinə reaksiya verərək, “Diktatora ölüm” və “İslam Respublikasına ölüm” şüarları səsləndirərək, Xuzistanda davam edən etirazlara dəstək veriblər.


Həmçinin sosial şəbəkələrdə yayılan şəkillər və video görüntülərə əsasən, paytaxt Tehran sakinlərinin kütləvi şəkildə Xuzistan əhalisinə dəstək verə biləcəyindən vahiməyə düşən rejim, dünən sübh saatlarından başlayaraq, Tehranın Azadlıq meydanına çoxlu sayda silahlı qüvvə cəlb edib, meydan və ona yaxın ərazilərin nəzarətini ələ keçirib.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed