Şrift:
“Davam” Gənclər Hərəkatı “Qarabağ atları” layihəsinə start verib
23.07.2021 [11:08] - Gündəm, Sosial
“Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzi və “Unicorn Challenge” şirkətinin birgə təşkilatçılığı ilə “Qarabağ atları” layihəsinə start verilib.

Hərəkatdan bildiriblər ki, ictimai müraciət elanı verildikdən sonra 100-dən çox gənc layihədə iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 60 nəfərlik iştirakçı qrupu formalaşıb.

Layihə çərçivəsində ilk görüşlər "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi və Bakıdakı Atçılıq Mərkəzində baş tutub. Bu görüşlər zamanı gənclər atçılıqla bağlı geniş məlumat əldə edib, mərkəzdəki atlarla tanış olublar.

Qeyd olunub ki, layihənin əsas məqsədi gənclərin Qarabağ atları haqqında ətraflı məlumat əldə etməsi və beynəlxalq arenada onların təbliğatçısına çevrilməsidir.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed