Şrift:
Eltac Səfərli beynəlxalq turnirdə liderliyini davam etdirir
23.07.2021 [11:09] - Gündəm, İdman
Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurlu çıxışını davam etdirir.

Şahmatçımız 7 turdan sonra 5,5 xalla turnir cədvəlində liderdir. Ermənistanlı Emin Ohanyan (4,5 xal) və fransalı Thal Abergel (4 xal) sonrakı iki pillədə qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed