Şrift:
Havada toz dumanı müşahidə edilir
23.07.2021 [11:28] - Gündəm, Sosial
İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən, hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed