Şrift:
“Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçiriləcək
23.07.2021 [11:30] - Gündəm, Mədəniyyət
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 25-də saat 20:00-da “Art management” layihəsi çərçivəsində “Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçiriləcək.

layihə çərçivəsində reallaşacaq təlim multimedia və performans rəssamı Vüsal Rəhim tərəfindən aparılacaq.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanına müraciət etmələri xahiş olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed