Şrift:
İsmayıllı rayonunda üzüm yığımına başlanılıb
26.07.2021 [10:16] - Gündəm, İqtisadiyyat
İsmayıllıda üzüm yığımına Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə və fiziki şəxs Əlibala Nağıyevə məxsus bağlarda başlanıb.

İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ilkin olaraq daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul yığımına hər gün 40 nəfərdən çox işçi qüvvəsi çıxır. Gün ərzində 2,5-3 ton üzüm yığılaraq yerli bazarlara çıxarılır.

Qeyd edək ki, İsmayıllı rayonunda üzümçülük aqrar sektorun aparıcı sahələrindəndir. Son illər bölgədə bu gəlirli sahənin inkişafı üçün ardıcıl işlər görülür. Hazırda plantasiyaların sahəsi 1123,1 hektardır ki, bunun da 349,2 hektarı süfrə sortudur.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed