Şrift:
“Tokio-2020”: Rüstəm Orucov dörddəbir finala yüksəlib
26.07.2021 [10:20] - Gündəm, İdman
Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

Cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed