Şrift:
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28.07.2021 [10:32] - Xəbərlər, Siyasət
Azərbaycan-Türkiyə-Pakistan dostluğu hansısa ölkələrə qarşı yönəlməyib. Bu dostluq mexanizmi böyük gələcək vəd edir. Bunun, həmçinin böyük iqtisadi töhfələri olacaq.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. "Türkiyənin Azərbaycanın yanında olması təkcə Vətən müharibəsi ilə bağlı deyil. Biz hər zaman qardaş ölkəmizə dəstək vermişik və buna davam edəcəyik", - deyə TBMM-in sədri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed