Şrift:
Leysan yağışları Yaponiyanın Fukui prefekturasında fəsadlar törədib
29.07.2021 [10:53] - Gündəm, Hadisə
Yaponiyanın mərkəzi hissəsində yerləşən Fukui prefekturasının hakimiyyət orqanları leysan yağışlarına görə 64 min sakinə evlərini tərk edərək təxliyə mərkəzlərinə yerləşmələri barədə xəbərdarlıq göndərib.

Bu barədə iyulun 29-da NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, xəbərdarlıq əsasən, dağlıq ərazilərdə yaşayanlara göndərilib. Həmin ərazilərdən birində torpaq sürüşməsi nəticəsində 120 nəfər blokadaya düşüb. Hazırda xilasedicilər onları xilas etməyə çalışırlar.

Qeyd edilir ki, cümə axşamı günü Fukui prefekturasında güclü yağışlar yağır. Onun intensivliyi saatda 80-100 millimetrə çatır.

Təbii fəlakət nəticəsində dəmir yolu xətlərinin bir neçəsində qatarların hərəkəti dayandırılıb. Yolların su altında qaldığı və bəzi yerlərdə elektrik enerjisinin verilinin kəsildiyi də qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed