Şrift:
Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkilinə etiraz notası təqdim olunub
03.08.2021 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Böyük Britaniyanın İrandakı Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Böyük Britaniyanın xarici işlər nazirinin körfəzdəki qeyri-sabit vəziyyətin yaranmasında İranı təqsirkar hesab etməsi rəsmi Tehranın etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinə İranın etirazı çatdırılıb və izah edilib ki, körfəz İran üçün strateji xarakter daşıyır və rəsmi Tehran burada qeyri-sabit vəziyyətin yaranmasında maraqlı deyil. Tam əksinə İran dəniz sərhədlərində sabitliyin hökm sürməsini istəyir. Körfəzdə sabitliyi İran deyil, uzaq ölkələrdən bura hərbi gəmilər göndərənlər pozmaq istəyirlər.

Müvəqqəti işlər vəkili rəsmi Tehranın etirazını öz hökumətinin nəzərinə çatdıracağını bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın İrandakı səfiri məzuniyyətdə olduğu üçün Xarici İşlər Nazirliyinə onu əvəz edən müvəqqəti işlər vəkili çağırılıb.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed