Şrift:
2050-ci ildə Misirdə əhalinin sayı 190 milyona çatacaq
06.08.2021 [10:18] - Xəbərlər, Sosial
Misirin hazırda 109 milyon nəfər olan əhalisinin sayı 2050-ci ildə 81 milyon artaraq 190 milyona çatacaq.

Bu barədə jurnalistlərə Misirin Planlaşdırma Nazirliyinin Demoqrafik mərkəzinin direktoru Amira Tavadros məlumat verib.

Mərkəzin rəhbəri diqqətə çatdırıb ki, əhalinin sürətli artımı ölkədə sosial vəziyyətin gərginləşməsi ilə nəticələnib. Belə ki, 2010-cu ildən bu günədək Misir əhalisinin sayı 20 milyon nəfər artıb. Ölkə Prezidenti Əbdülfəttah əl-Sisi Menufiyyə vilayətində ərzaq sənayesi şəhərciyinin açılışında qeyd edib ki, demoqrafik proseslərin nəzarətdən çıxması nəticəsində mənzillərin qiyməti bahalaşıb və qida məhsullarına tələbat daha da artıb. O, həmçinin yetərincə qidalanmama səbəbindən uşaqlar arasında anemiya xəstəliyi və fiziki inkişaf problemlərinin çoxaldığını da bildirib. Misir Prezidenti əlavə edib ki, əhalinin sürətli artımı içməli su ilə bağlı çətinliklərə də səbəb olacaq.

Misirin vilayətlərində əhalinin ucuz taxıla olan ehtiyacını təmin etmək məqsədilə Prezident əl-Sisi unun və çörəyin istehsalına subsidiyalar ayrılması barədə göstəriş verib. O vurğulayıb ki, demoqrafik proseslərə nəzarət bütün vətəndaşlar üçün layiqli həyat şəraitinin təmin edilməsi baxımından mühüm ümummilli məsələdir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed