Şrift:
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio Olimpiadasında mübarizəyə qoşulub
06.08.2021 [10:20] - Gündəm, İdman
"Tokio-2020" Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

Avqustun 6-da Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova mübarizəyə qoşulub.

Təmsilçimiz topla çıxışını təqdim edib və hakimlərdən 23,400 xal alıb. Gimnastımız daha sonra halqa, lent və gürzələrlə gücünü sınayacaq.

Qeyd edək ki, təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed