Şrift:
Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasına uğurla start verib
06.08.2021 [10:35] - Gündəm, İdman
Azərbaycanın daha bir güləşçisi Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev ilk görüşündə seneqallı Adama Diattenə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Güləşçimiz növbəti mərhələdə qazaxıstanlı Daulet Niyazbekov ilə qarşılaşacaq.

Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed