Şrift:
Dünyada son sutka ərzində koronavirusdan 10 mindən çox insan dünyasını dəyişib
06.08.2021 [10:36] - Xəbərlər, Sosial
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 705 min nəfərə yaxın olub

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 704 min 811 nəfər yeni koronavirusa yoluxub, 10 min 392 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 201 milyon 646 min 898, ölənlər isə 4 milyon 279 min 485 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (36,3 milyon), Hindistan (31,8 milyon), Braziliya (20 milyon), Rusiya (6,3 milyon), Fransa (6,2 milyon), Böyük Britaniya (5,9 milyon) və Türkiyədə (5,8 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed