Şrift:
Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
06.08.2021 [10:38] - Gündəm, İdman
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Tunis təmsilçisi Sarra Hamdini məğlub edib - 10:0.

Təmsilçimiz startda rusiyalı güləşçi Stalvira Orşuşdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed