Şrift:
Tokio Olimpiadasında daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb
06.08.2021 [10:41] - Gündəm, Sağlıq
Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə avqustun 6-da “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd edilir ki, yoluxanlar arasında idmançı yoxdur. Bir gün əvvəl isə, Tokio Yay Olimpiya Oyunlarında rekord miqdarda - 31 nəfərdə gündəlik yoluxma aşkar edilib. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb. Həmçinin Olimpiya Oyunlarına hazırlığın başladığı gündən - iyulun 1-dən bəri ümumilikdə 570 min nəfərdən test götürüldüyü qeyd edilir.

Xatırladaq ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə, hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də tamaşaçılar Oyunların keçirildiyi idman obyektlərinə buraxılmırlar.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed