Şrift:
SEPAH-ın baş komandanından yeni əmr: “İnsanların bir yerdən başqa bir yerə getməsinə imkan verməyin”
13.08.2021 [15:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəzi rəsmilərin "xəstəxanalarda artıq boş çarpayı qalmayıb və xəstələrin bir çox hallarda küçələrdə və ya xəstəxanaların həyətində yatıb müalicə alır" bəyanatlarına eyham vuran Hüseyn Salami bildirib ki, ölkədə koronavirusa qarşı yeni bir mübarizə başlanmalıdır.


“Əyalət mərkəzlərində yeni qərargahlar yaradın və yerli əhalinin evlərinə baş çəkərək, imkan daxilində onların mənzildən çıxmasının və bir yerdən başqa bir yerə getməsinin qarşısını alın və mümkün qədər buna imkan verməyin”, -deyə baş komandanının göstərişində bildirilir.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasında ölkədə hər gün koronavirusdan ölənlərin sayı 500-600 civarında göstərilsə də, İrandakı müstəqil mənbələr xəstəlikdən gündəlik ölənlərin sayının 2000 nəfərə yaxın olduğunu bildirirlər.


Yayılan məlumata əsasən, İranda hazırda yoluxucu xəstəliyin geniş yayılmasının əsas amillərindən biri də məhərrəmlik və onunla bağlı dini mərasimlərin keçirilməsidir.


İranın bir sıra tanınmıştibbi rəsmiləri, həkimlər və mütəxəssislər dəfələrlə hakimiyyətə müraciət edərək, məhərrəmlik mərasimlərinin keçirilməsinin müvəqqəti olaraq dayandırılmasını tövsiyə etsələr də, İranın “dini lider”i axund Əli Xamneyi və hakimiyyətdə vəzifə tutan digər axundlar buna qarşı çıxaraq, məhərrəmlik və onunla bağlı dini mərasimlərin keçirilməsinə israr edirlər.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed