Şrift:
Türkiyə Ordusunun üç hərbçisi “Pəncə İldırım” əməliyyatının keçirildiyi ərazidə şəhid olub
16.08.2021 [14:22] - Xəbərlər, Hərb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə İldırım” adlı antiterror əməliyyatı keçirən birləşmələrində xidmət edən hərbçilərdən üçü şəhid olub, ikisi yaralanıb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə terrorçuların quraşdırdığı bombanın partlaması nəticəsində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Türkiyə Ordusunun daha bir hərbçisi isə İraqın şimalında “Pəncə-Şimşək” antiterror əməliyyatının keçirildiyi ərazidə terrorçularla atışmada şəhid olub.
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed