Şrift:
Anadolu Agentliyi Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videomaterial yayıb
17.08.2021 [15:01] - Xəbərlər, Siyasət
Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videomaterial yayıb.

Videomaterialda dövlətimizin başçısı İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı barədə türkdilli ictimaiyyətə məlumat çatdırılır. Bölgənin füsunkar gözəlliyi, Prezidenti İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed