Şrift:
Xamneyinin özəl həkimi yoluxma sayına görə Ruhanini suçlandırdı: "Vaksinlərin ölkəyə gətirilməsini ləngitdi"
17.08.2021 [15:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, vaksinlərin ölkəyə idxalatının təxirə salınmasında və xəstəlikdən gündəlik ölənlərin sayının kəskin artmasında keçmiş prezident Həsən Ruhaninin hökumətini günahlandırıb.

Vaxtilə Amerika və Böyük Britaniyada istehsal olunan vaksinlərin ölkəyə idxalının əleyhinə çıxan və BMT-nin baş katibi Antonio Quterreşə məktub yazaraq, İranın Amerika və Britaniya vaksinlərindən imtina etməsinə görə tənqid atəşinə tutulmasına etiraz bildirən Əlirza Mərəndi deyib ki, xaricdə fəaliyyət göstərən müxalifətə bağlı media da rusofobiya və Çinofobiya məsələsini qızışdıraraq, ölkənin vaksinlə təmin edilməsində rol oynayıblar.


“Ruhani hökuməti koronavirusa qarşı vaksinlərin Çindən ölkəyə idxalatına qeyri-ciddi və passiv davranaraq, vaksinlərin ölkəyə gətirilməsi işini ləngitdi. Bu isə xəstəlikdən ölənlərin sayının artmasına gətirib çıxartdı” -deyə, İranın “dini lider”i Əli Xamneyinin özəl həkimi Əlirza Mərəndi mediaya açıqlamasında bəyan edib.


Əıirza Mərəndi xarici vaksinlərin ölkəyə idxalatının gecikdirilməsində Ruhani hökumətini günahlandırsa da, Əli Xamneyi bir neçə ay əvvəl öz çıxışlarının birində açıq-aşkar Amerikada və Böyük Britaniyada istehsal olunan vaksinlərin ölkəyə idxalına qadağa qoyduğunu bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed