Şrift:
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib
18.08.2021 [14:22] - Xəbərlər, Siyasət
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella ilə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və Naxçıvan Muxtar Respublikası ilə, xüsusilə, mədəniyyət, kənd təsərrüfatı, turizm sahələrində əlaqələrin yaradılması və inkişafı, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed