Şrift:
Tacikistan və Rusiya birgə hərbi təlimlər keçirir
18.08.2021 [14:27] - Gündəm, Hərb
Əfqanıstanda mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Tacikistan və Rusiya silahlı qüvvələrinin birgə təlimləri keçirilir. Tacikistandakı “Lyaur” və “Sambuli” poliqonlarında keçirilən hərbi təlimlərdə Rusiyanın bu ölkədəki 201-ci hərbi bazasının minə yaxın şəxsi heyəti iştirak edir.

Tacikistan mətbuatına istinadla xəbər verir ki, təlimlərə artilleriyaçılar, hərbi mühəndislər, hava hücumundan müdafiə və radioelektron mübarizə hissələri, həmçinin kimyəvi və bioloji müdafiə üzrə mütəxəssislər qatılıblar.

Hərbçilər “Qrad” və digər artilleriya qurğularından atəş açma, dağlıq ərazidə “Sani” minomyotları vasitəsilə şərti düşmənin məhv edilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Hərbi təlimlərdə pilotsuz uçuş aparatlarından da istifadə olunur.

Tacikistan-Rusiya təlimləri bir ay davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed