Şrift:
Park Byonq Soq: Azərbaycandakı sürətli inkişaf məni çox təəccübləndirdi
19.08.2021 [13:59] - Xəbərlər, Siyasət
Azərbaycana 8 il bundan əvvəl Koreya Milli Assambleyasının sədr müavini kimi səfər etmişdim. Bu müddət ərzində Azərbaycandakı müsbət dəyişikliklər, sürətli inkişaf məni çox təəccübləndirdi. Həqiqətən böyük uğurlar əldə edilib.

Bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq jurnalistlərə müsahibəsində deyib.

Sədr bildirib ki, Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək: "Prezident İlham Əliyevlə görüşümüzdə Koreya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik. Əsas əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsində qurmağı planlaşdırırıq. Biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərində, xüsusilə "ağıllı kənd" layihəsində iştirak edəcəyik. Bundan başqa, yeni növ bərpaolunan enerji layihələrində də birgə əməkdaşlığımız olacaq".

Park Byonq-Soq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşəcəyini və ölkələrimiz arasında parlamentlərarası münasibətlərin müzakirə olunacağını da bildirib.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed