Şrift:
Türkmənistan xarici ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması üçün öz hava məkanını açıb
19.08.2021 [14:06] - Xəbərlər, Siyasət
Türkmənistan xarici ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması üçün öz hava məkanını açıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda bir neçə ölkə Əfqanıstandakı vətəndaşlarını təxliyə etməyə başlayıb. Bununla əlaqədar olaraq, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəlikləri yerinə yetirən Türkmənistan, kateqoriyalı şəxslərin xarici dövlətlərin təyyarələri ilə daşınması üçün öz hava məkanını açıb.

Qeyd edək ki, Türkmənistan Xarici İşlər Nazirliyi daha əvvəl Əfqanıstandakı vəziyyətlə bağlı açıqlama verərək qonşu ölkədəki diplomatik nümayəndəliklərinin hər zamankı kimi fəaliyyətini davam etdirdiyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed