Şrift:
Azərbaycanla Latviya arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
19.08.2021 [14:24] - Gündəm, İqtisadiyyat
Azərbaycanla Latviya arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, müzakirələr “Azərpoçt” MMC-nin baş direktoru Əfqan Cəlilovla Latviya Poçtunun rəhbəri Markis Vilkans arasında keçirilən görüşdə aparılıb. Görüş zamanı “Azərpoçt”da həyata keçirilən yeni layihələr, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Markins Vilkans “Azərpoçt”da həyata keçirilən innovativ layihələrin böyük əhəmiyyət daşıdığını və qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib. Tərəflər poçt-maliyyə sahəsində əməkdaşlığı genişləndirməkdə, poçt sahəsində logistika xidmətlərinin inkişaf etdirilməsi və elektron ticarət layihələri çərçivəsində poçt mübadiləsinin artırılmasında maraqlı olduqlarını qeyd ediblər. Pandemiya dövründə də hər iki ölkə arasında poçt göndərişlərinin həyata keçirildiyi vurğulanıb.

“Azərpoçt” MMC və Latviya Poçtu rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed