Şrift:
ADNSU-nun “Su dronu” layihəsi Ukraynada keçirilən festivalda mükafata layiq görülüb
20.08.2021 [13:46] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi “Sikorski Çellenc 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.

ADNSU-dan bildiriblər ki, Ukraynada keçirilən festivalda bu ali məktəbin "Eazi Start" Startap və İnnovasiya Mərkəzi 4 layihə təqdim edib. Layihələrin 3-ü təqdimat şəklində, biri isə stend şəklində təqdim olunub. ADNSU-nun “Su dronu” layihəsi yüksək texnologiyalar bölməsində ən yaxşı ideya mükafatına layiq görülüb. “UManage” layihəsi isə uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, dördgünlük festivala 6 bölmə üzrə 300-dən çox layihə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed