Şrift:
Gənclər Türkiyənin Boğaziçi Universitetinin rektoru ilə görüşüblər
13.12.2012 [14:42] - Gənclik
Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) üzvləri və həmçinin Türkiyənin Boğaziçi Universitetində təhsil alan azərbaycanlı tələbələr universitetinin rektoru, professor Gülay Barbarosoğlu ilə görüşüblər.

Görüşdə DAGB-nin üzvləri Nazim İsgəndərov, Gülməmməd Bəşirov, Fatimə Cəfərova, Fərhad Məmmədov, Orxan Süleymanlı və Aytən Əhmədli iştrak ediblər.

Görüş zamanı rektora 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı dövlət proqramı, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycanda təhsil alan türk tələbələr haqqında məlumat verilib. Bundan başqa universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması haqqında fikir mübadiləsi də aparılıb.

Rektor Universitetdə təhsil alan DAGB üzvlərinin Boğaziçi Universiteti kitabxanasına Azərbaycan haqqında kitabların və film mərkəzinə filmlərin hədiyyə olunması fikrini dəstəkləyib. O bunun önəmini vurğulayaraq iki qardaş ölkənin hər sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığının zəruriliyini qeyd edib.

Daha sonra G.Barbarosoğlu Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ilə də əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Sonda rektora Azərbaycan mədəniyyətini əks etdirən hədiyyə verilərək xatirə şəkli çəkilib.

Fidan Əliyeva
Bu xəbər oxucular tərəfindən 1228 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed