Şrift:
Kabildə terror aktı qurbanlarının sayı 110 nəfərə çatıb
27.08.2021 [15:08] - Xəbərlər, Hadisə
Dünən Kabil aeroportu yaxınlığında terrorçu-kamikadzelər tərəfindən törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı artaraq 110 nəfərə yüksəlib.

Bu barədə cümə günü Al Jazeera telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, aeroportun qarşısına Əfqanıstanı tərk etməyə cəhd göstərən minlərlə insan toplaşıb.

Avqustun 26-da Kabil aeroportu yaxınlığında baş verən partlayışların məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Əfqanıstan ərazisində nəzarəti ələ keçirən “Taliban” hərəkatı bu terror aktlarını pisləyib və təqsirkarların məsuliyyətə cəlb olunacağını vəd edib.

Bu ərəfədə NATO-nun nümayəndəsi, Əfqanıstandan insanların təxliyəsi üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo “Messaggero” qəzetinə müsahibəsində belə bir ehtimal səsləndirib ki, Kabil İŞİD terror qruplaşması ilə taliblər arasında döyüş meydanına çevrilə bilər. Onun sözlərinə görə, hazırda Əfqanıstanda hər hansı idarəetmə strukturu mövcud olmadığından “Taliban” İŞİD-i dayandırmaq iqtidarında deyil.
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed