Şrift:
Qəbələdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
31.08.2021 [10:52] - Gündəm, Sağlıq
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq, Qəbələ rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün maarifləndirmə və nəzarət tədbirləri davam etdirilir.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı məkanlarda maarifləndirici təbliğat işləri aparırlar.

Keçirilən növbəti reyd zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi bri daha ətraflı izah olunub. Sakinlərə, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, sağlamlıqlarının qorunması üçün ölkədə həyata keçirilən peyvəndləmə prosesində fəal iştirak etmələri tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed