Şrift:
Buzovna qəsəbəsində Xəzər küçəsi təmir olunur
02.09.2021 [13:53] - Gündəm, İqtisadiyyat
Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Xəzər küçəsində təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1200 metr, eni isə ortalama 6 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Görülən işlərin ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsasının inşası aparılacaq.

İnvestisiya Proqramına uyğun olaraq, cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulub ki, bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir.

Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 kilometrdən çox küçə və yola asfalt-beton örtüyü döşənib.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed