Şrift:
Vətənpərvərliyi qanunla tənzimləmək olarmı? (RƏYLƏR) Vətənpərvərliyi qanunla tənzimləmək olarmı?-RƏY
02.09.2021 [15:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ordunu, dövlətini, millətini hörmətdən salan ifadə və davranışlara görə Cinayət Məcəlləsində maddə nəzərdə tutulmalı, Vətənə təmənnasız xidmət edənlərə isə imtiyazlar verilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında MDHP-nın sədri Fərəc Quliyev Milli Məclisdə hazırlanmaqda olan "Vətənpərvərlik haqqında” qanun layihəsində hansı məqamların əks olunmasının vacibliyindən danışarkən deyib.

Sabiq deputat bildirib ki, vaxtilə sözügedən istiqamətdə müəyyən təkliflərlə çıxış edib:

"Çox normal yanaşmadır, təqdir edirəm. Bir vaxtlar parlamentdə təklif etmişdim ki, ordunu, dövləti, millətini hörmətdən salan ifadə və davranışlara görə Cinayət Məcəlləsində ayrıca bir maddə nəzərdə tutulsun. Türkiyədə belə bir örnək var. Vətənpərvərlik haqqında qanun qəbul olunacaqsa, bu tip məsələlər öz əksini tapmalıdır. Dövlətinə, millətinə bilərəkdən həqarət edənlər, ayrı-seçkilik yaratmaq istəyənlərə münasibətdə, onları bu əməldən çəkindirmək üçün Cinayət Məcəlləsinə əlavə bir maddə daxil edilməlidir”.

F. Quliyevin fikrincə, millətini alçaldan, gözdən salanla Vətənə təmənnasız olaraq xidmət edəni eyni müstəvidə tutmamalıyıq:

"Tam olaraq Vətənə bağlı, ölkəsinə təmənnasız xidmət etməyə hazır olan insanlar var. Elə iş adamları var ki, bütün fəaliyyətilə hər zaman Vətənin və millətinin xidmətində durmağa hazırdır. Belə insanlar üçün imtiyazlar nəzərdə tutula bilər. Yaxud da vətənpərvərlik təbliğatını aparan təşkilat və qurumlara yardımlar edilə bilər. Bir sözlə, vətənpərvərliyin təbliği gənclərimizi ölkəyə, Vətənə, millətə bağlılıq ruhunda tərbiyə etmək deməkdir. Həm də digərlərilə müqayisədə seçim etmək deməkdir. Mütləq şəkildə fərqli yanaşma olmalıdır. Öz millətini alçaldan, gözdən salanla Vətənə təmənnasız olaraq xidmət edəni eyni tutmaq olmaz. Belə bir qanun layihəsilə tanış deyiləm. Tanış olandan sonra təkliflərimi də verəcəm”.


Rüfət Sultan/qaynarinfi.az
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed