Şrift:
Meksikada baş verən yol qəzasında 16 nəfər ölüb
03.09.2021 [09:13] - Gündəm, Hadisə
Meksikanın şimalında yerləşən Sonora ştatında Sonoita - San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 16 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Hazırda 22 nəfərin xəsarət aldığı məlumdur, 16 nəfər həlak olub, 6 yaralının vəziyyəti ağırdır", - deyə regionun prokurorluğu tvitter hesabında bildirib.

Faciənin mümkün səbəbləri barədə açıqlama verilməyib. Qəzanın səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed