Şrift:
Gimnastımız Sloveniyada ənənəvi dünya kuboku yarışlarında iştirak edib
07.09.2021 [10:17] - Gündəm, İdman
Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku yarışları təşkil olunub.

Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandamızın üzvü Milana Minakovskaya da iştirak edib.

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış M.Minakovskaya turnirdə 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17-ci, gimnastika tirində isə 24-cü olub.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed