Şrift:
Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları 3,5 dəfə artıb
08.09.2021 [14:38] - Gündəm, Sağlıq
Gürcüstanda hamilə qadınlar arasında koronavirusa yoluxma halları kəskin artıb. Cari ildə onların sayı 5000 nəfərə çatıb.

Bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə cəmi 1300 hamilə qadın koronavirusa yoluxub. Bu il isə onların sayı təxminən 3,5 dəfə artıb. Onların əksəriyyəti “delta” ştamına yoluxub.

Nazir müavini deyib ki, hamilə qadınların vaksinasiyası istənilən səviyyədə deyil. Onlarla mütəmadi söhbətlər aparılır. Amma bu da istənilən nəticəni vermir. Bu günədək hamilə qadınlar yalnız “Pfizer” vaksini ilə peyvənd olunublar.

Qeyd edək ki, ölkədə hamilə qadınlar və yeni doğulan körpələrin koronavirusdan ölüm hallarına da rast gəlinir.

Bu günədək 4 hamilə qadın, 3 yeni doğulmuş körpə koronavirusdan dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed