Şrift:
Türkiyədə təbii fəlakət bölgəsində 15 nəfərin axtarışı davam edir
13.09.2021 [09:09] - Gündəm, Hadisə
Türkiyənin Qaradəniz bölgəsində baş verən sel və daşqın fəlakətində itkin düşənlərin axtarışı davam edir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sözügedən fəlakət nəticəsində 82 nəfər həyatını itirib, 15 şəxs itkin düşmüş hesab olunur. Bildirilir ki, hazırda 459 nəfərlik heyət itkin şəxslərin axtarışını davam etdirir.

Qeyd edək ki, avqustun 12-dən başlayaraq güclü leysan, sel və daşqınlar Türkiyənin Kastamonu, Sinop və Bartın vilayətlərində böyük fəlakət və dağıntı yaradıb. Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin mütəxəssislər qrupu tərəfindən ölkənin seldən zərər çəkən ərazilərində araşdırmalar aparılıb. Müəyyən edilib ki, təbii fəlakət zamanı Kastamonuda 46, Sinopda 79, Bartında isə 23 tikili dağılıb. Kastamonu, Sinop və Bartında ümumilikdə 109 binanın sökülməsinə qərar verilib ki, onlardan 20-si Kastamonunun seldən ən çox zərər çəkən Bozkurt rayonunda yerləşir.

Qeyd edək ki, təbi fəlakət bölgəsində sel və daşqın körpü və yolları, elektrik dirəkləri və su xətlərini dağıtmışdı. Qısa zaman kəsiyində nəqliyyat və kommunikasiya sistemi bərpa olunub.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed