Şrift:
Baltikyanı ölkələrin və Polşanın nazirləri təhlükəsizlik siyasəti məsələlərini müzakirə ediblər
15.09.2021 [10:43] - Xəbərlər, Siyasət
Baltikyanı ölkələrin və Polşanın xarici işlər və müdafiə nazirləri Riqada görüşüb, mövcud təhlükəsizlik siyasəti məsələlərini və ən aktual beynəlxalq problemləri müzakirə ediblər

Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər təhlükəsizlik siyasəti sahəsində aktual məsələləri, NATO-nun bu ilin iyununda keçirilmiş sammitinin nəticələrini və sammitdə qəbul edilən qərarların icrasını müzakirə ediblər, eləcə də ittifaqın növbəti strateji konsepsiyasının hazırlanması üzrə işləri yekunlaşdırıblar.

Qeyd olunub ki, Baltikyanı ölkələr və Polşa nazirləri regional təhlükəsizlik məsələlərinə NATO və beynəlxalq təşkilatlarda, həmçinin ümumi yerli problemlərin həllində tərəfdaşlıq mövqeyindən toxunublar.

Səfər çərçivəsində Baltikyanı ölkələrin və Polşanın müdafiə nazirləri Adaji hərbi bazasına baş çəkiblər.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed