Şrift:
Nobel mükafatı laureatı Əziz Səncərə İpək Yolu Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib
21.09.2021 [14:01] - Xəbərlər, Sosial
Türk alimi, Nobel mükafatı laureatı Əziz Səncər Özbəkistana səfəri çərçivəsində Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri, bu ali məktəbin rektoru Aziz Abduhakimov böyük alimi salamlayıb, onun universitetə gəlməsindən məmnun olduğunu bildirib, alimin xidmətlərindən danışıb.

Baş nazirin müavini deyib ki, universitetin Elmi şurasının qərarı ilə Əziz Səncərə fəxri doktor adı verilib. Sonra o, fəxri doktor vəsiqəsini və bu ali məktəbin mantiyasını alimə təqdim edib.

Daha sonra alim müəllim və tələbələrin çoxsaylı suallarına cavab verib.

Əziz Səncərin Özbəkistanda bir sıra digər görüşləri də nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed